Külək yol təsərrüfatına 25 min manat ziyan vurdu
16:20 31 Mart 2018
Ötən gündən etibarən ölkə ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Femida.az-a verilən məlumata görə, Bakı şəhərinin küçə və prospektlərində, o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb. Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti "Statistika dairəsi" və Bakı Olimpiya stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələri aşması ilə dəyib. Ümumilikdə ilkin hesablamalara görə, burda dəymiş ziyanın məbləği 25 min AZN-ə yaxındır.
Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kmdə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində 2 yük maşını güclü küləyin yaratdığı təhlükəli vəziyyət səbəbindən idarəetmədən çıxaraq aşıb. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. "Scania" və "Iveco" markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə yol ayrıcında quraşdırılmış 100 paqon-metrə yaxın əyri-xətli dəmir tirləri və 2 ədəd işıq dirəyini sıradan çıxarıb. Nəticədə yol təsərrüfatına 10 minə AZN-ə yaxın ziyan dəyib.
Dəymiş ziyanla bağlı faktlar aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
Femida.az
Oxunub: 848
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq
- Sabah Bakıda külək olacaq, rayonlarda yağış yağacaq
- Bakıda külək əsəcək, rayonlara yağış yağacaq
- Küləkli hava iyunun sonuna qədər davam edəcək
- Sabah Bakıda və rayonlarda güclü külək əsəcək
- Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq