Çinin hərbi təlimlərə başladı - ABŞ narahatdı


17:30     31 Mart 2018 2018/03/abs-cin_1522486396.jpg

Çin Hərbi Dəniz Qüvvələrinin reallaşdırdığı təlimlərdə müasir raketlərdən istifadə olunması ABŞ-da narahatlıqla qarşılanıb.


ABŞ-ın “Popular Mechanics” jurnalı bu barədə şərh yazıb.

Şərhdə hərbi təlim “qeyri-adi mənzərə” olaraq xarakterizə edilib.

“Bu gün Çin müasir raket və sensorlar ilə təchiz edilmiş çox sayda yeni gəminin olması son zamanların ən böyük dəniz qrupunu təşkil edir”, - deyə şərh yazısında vurğulanıb.

Jurnalda qeyd olunur ki, sovet istehsalı olan “Varyaq” və Ukraynadan alındıqdan sonra müasirləşdirilən “Liaoninq” təyyarə gəmisinin də aralarında olduğu 43 gəmi, 24 ədəd “Şenyanq J-15” döyüş təyyarəsi və bir neçə vertolyot hərbi təlimlərə qatılıb.

Femida.az

Açar sözlər: #Çin   #ABŞ   Təlim  

Oxunub: 647