Rusiya ən qorxulu raketini sınadı - VİDEO


18:30     31 Mart 2018 18_03_31_1522486445.jpg

Rusiyanın Müdafiə Nazirliyi ağır tipli yeni qitələrarası ballistik raket RS-28 "Sarmat"ın ikinci sınağının videosunu yayıb.



Femida.az nazirliyin saytına istinadən bildirir ki, 22 saniyəlik videoda qara-ağ boyalı raket yeraltı şaxtadan buraxılır. Bir neçə saniyə sonra isə raketin əsas mühərrikləri işə düşənədək onu şaxtadan itələyib çıxaran barıt təzyiq akkumulyatoru bölməsi qopub bir kənara düşür.

Sınaq Arxangelsk vilayətindəki Plesetsk kosmodromunda gerçəkləşdirilib.

"Sarmat" raketi hazırda Rusiya ordusunda olan "Voevoda" raketini əvəzləyəcək və 2019-2020-ci illərdə istifadəyə qəbul olunacaq.
10 ton daşıya bilən "Sarmat" 16 min kilometr uçuş məsafəsinə malikdir. 24 nüvə döyüş başlığına malik raket Cənub Qütbündən keçən ballistik trayektoriya ilə hədəfi vurmaq, habelə çox aşağı yüksəklikdə uçmaq qabiliyyətinə malikdir.



Açar sözlər: #Rusiya  

Oxunub: 1260