Bu yoldan keçərkən ehtiyatlı olun: Maşınınız aşa bilər!
19:50 31 Mart 2018
"Dünən axşam güclü külək yollarımızda xətərsiz keçməyib. Ən xarakterik olanı Bakı-Ələt yolunun 20-ci kilometrində hərəkətdə olan iki "TIR"ın güclü küləyə görə aşmasıdır".
Femida.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspert məlumat üçün qeyd edib ki, həmin yer Bakıdan Ələt istiqamətində gedəndə mayakın yanındakı yeni hərbi şəhərciyi keçdikdən bir qədər sonra sola döngədən başlayan yerdir:
"Orada hər il belə uzun və hündür maşınların aşması baş verir. Səbəbi də çox sadədir. Diqqət etsəniz, həmin yerin şimal-qərb tərəfində təpəliklər arasında dərə var. Abşeronda güclü şimal-qərb küləyi olanda həmin dərə hava axınına ayrıca bir effekt verir və orada bir az da güclənən hava axını yolun həmin sahəsində avtomobilləri tam köndələninə (perpendikulyar) vurur. Yolun səthi də bir qədər hündürə qaldırılmış olduğundan belə axın iri avtomobilləri yana aşırır".
Ə.Hüseynov qeyd edib ki, həmin yol sahəsinə 1.27 "Yandan əsən külək" xəbərdarlıq nişanı qoyulmalıdır və küləkli havada orada hərəkət edən iri avtomobillərin, eləcə də iri qabaritli yük aparan avtomobillərin sürücüləri çox diqqətli olmalıdırlar.
Oxunub: 942
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"