Nail Allahverdiyev hökmdən narazıdır - Apellyasiyaya verdi
17:59 31 Mart 2018
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ona verilən hökmdən narazı qalıb.
Femida.az xəbər verir ki, N.Allahverdiyev və vəkilləri cəzanın ağır olması qənaətinə gəliblər və hökmdən apellyasiya şikayəti verərək yüngülləşdirilməsini istəyiblər.
Onların şikayəti üzrə məhkəmə prosesi aprelin 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə başlayacaq.
N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.
Qəza zamanı N.Allaheverdiyevlə yarışan və avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda" markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
Femida.az
Oxunub: 1976
Oxşar xəbərlər
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Bakıda özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan şəxsə hökm oxunub
- Abşeronda piyadanı vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Bakıda arvadını məftillə boğaraq öldürən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub