Azərbaycan Rusiyaya 2 ton yardım göndərdi- VİDEO


19:43     01 Aprel 2018 18_04_01_1522582903.jpg

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.


Femida.az xəbər verir ki, Rusiya KİV-ləri Azərbaycanın yanğın qurbanlarına humanitar yardım etməsinə xüsusi diqqət ayırıb, bununla bağlı vesti.ru videomaterial hazırlayıb. Bildirilib ki, Azərbaycandan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərilib.

Xatırladaq ki, martın 25-də Kemerovada “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır.


Açar sözlər: #Rusiya   #Azərbaycan   #Yardım   #Video   #Mehriban_Əliyeva  

Oxunub: 2418