"3348 terrorçu zərərsizləşdirilib" - Ərdoğan
23:27 01 Aprel 2018
Türkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı qeyd edib ki, bəzi dövlətlər bundan narahatlıq keçirirlər: "Bu, bəzilərini narahat edir. Bu, Fransanı narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik", - deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan qeyd edib "Zeytun budağı" əməliyyatı hazırda davam edir. Əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə keçirilir.
Türkiyənin dövlət başçısı İsrailin baş nazirini də ittiham edib. "Ey Netanyahu, sən çox zəifsən, çox qəribsən. Bir dəfə özünə diqqət et, Biz terrorçulara qarşı mübarizə aparırırq. Sənin dərdin terrorçular deyil, sən terrorçu dövlətsən".
Ərdoğan bildirib ki, İsrail ordusunun Qüdsdə etdiyi göz qabağındadır: "Sənin dünyada sevənin yoxdur. BMT-dən aldığın cavab ortadadır".
Femida.az
Oxunub: 564
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib