“Yaşıl ASAN” könüllüləri Novxanı sahilboyunu təmizləyiblər


16:43     21 Sentyabr 2015 12045255_923308547706836_1400622428467953932_o.jpg

Novxanıda dənizkənarı ərazilərin təmizlənməsinə dair beynəlxalq aksiya keçirilib.


Ekoloji maarifləndirməni özünə məqsəd seçən 400-dək "Yaşıl ASAN" könüllüləri beynəlxalq sahilyanı təmizlik aksiyasına qoşulublar.

Asan könüllülərinin Femida.az-a verdiyi məlumata görə, onlar Novxanı ərazisində sahilboyu ərazini tullantılardan təmizləyiblər.

Qeyd edək ki, “Yaşıl ASAN” təşəbbüsü “Hər kağızı bir yarpağa dəyişək” aksiyasına dəstək məqsədilə ASAN könüllüləri tərəfindən yaranıb.

Femida.az









Açar sözlər:

Oxunub: 2759