Həbsdəki bələdiyyə sədrinə yeni hökm oxundu - Bu dəfə 8 il


22:56     02 Aprel 2018 2018/04/638531_1522672265.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən və hazırda həbsdə olan Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevə cəza istənilib.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək V.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

V.Nəbiyev bundan öncə də oxşar əmələ görə ittiham edilərək bu il fevralın 26-də 7 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər: #Həbs   #Məhkəmə  

Oxunub: 864