Azərbaycanlı dünya çempionu vəfat etdi


21:31     02 Aprel 2018 2018/04/638563_1522675923.jpg

Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov dünyasını dəyişib.



Femida.az xəbər verir ki, bu barədə unikal.org-a Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov məlumat verib:

"O, 14 qat dünya və 14 qat Avropa çempionudur. Ölkəmiz 60-dan çox medal gətirib. Onun oğlu da qol güləşi üzrə dünya və Avropa çempionudur. Hadisə isə axşam saatlarında baş verib. Belə ki, axşam televizora baxdığı yerdə infarkt keçirib. Sabah onun dəfn mərasimidir. Bütün idmançılarımız Minabəddin Qurbanovun dəfnində iştirak edəcək. O həm məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərir, həm də bizim federasiyamızın yarışlarına çıxırdı".

Federasiya prezidenti 1956-cı il təvvəllüdlü "Qafqaz pələngi" kimi tanınan keçmiş idmançının ölümünə səbəb kimi, məşqlərdə çox yüklənməsi məsələsinə də münasibət bildirib:

"Bizim idmanda yaş həddi yoxdur. Minabəddin Qurbanov da "Qrand-Master" yarışlarında çıxış edirdi. Bu yaxınlarda Bolqarıtanın Sofiya şəhərində keçiriləcək Avropa Çempionatında iştirak etmək istəyirdi. O yarışa hazırlaşırdı. Təəssüflər olsun ki, dünyasını dəyişdi. Onun ölümünə səbəb heç də ağır məşqlər keçirməsi deyildi. Bu günə qədər bir yerinin ağrımasından şikayətlənməyib. Xaçmazın Yalama kəndində, təmiz hava şəraitində yaşayan biri idi. Çox sağlam, gümrah idi.. Əgər onun hansısa bir yerindən şikayəti olsaydı, dərhal bilib, həkimə aparardıq".


Femida.az

Açar sözlər:

Oxunub: 3070