Qida Təhlükəsizliyi Agentliyindən əhaliyə - Xəbərdarlıq
21:33 02 Aprel 2018
Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb.
Qida Təhlükəsizliyi Agentliyindən Femida.az-a verilən məlumata görə, aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyi həmin məhsulların siyahısına baxış keçirib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.
Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.
Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.
Agentlik əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırır. Agentlik vətəndaşların nəzərinə çatdırır ki, bu qida məhsulları ilə rastlaşdıqda həmin qida məhsullarının nümunəsini və qida məhsulunun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla, Agentliyin (012) 377-00-77 telefon nömrəsinə zəng vurmaqla, yaxud rəsmi müraciət etməklə bildirsinlər.
Siyahı ilə ətraflı keçiddən tanış ola bilərsiniz:
(https://www.tarim.gov.tr/Duyuru/606/Kamuoyuna-Duyurulur)
Femida.az
Oxunub: 1200
Oxşar xəbərlər
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Hökumət Azərbaycan ərazisinə qida və yem məhsullarının idxalı qaydasını təsdiqləyəcək
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Şəmkirdə bir neçə nəfər qidadan zəhərlənib
- Ərdoğan Azərbaycanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib
- Qazaxda bir ailənin 6 üzvü qidadan zəhərlənib
- İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
- İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
- "Qida təhlükəsizliyi haqqında" qanun layihəsini müzakirə olunacaq