Həbsdən çıxan şəxs narkotiklə tutuldu


22:12     02 Aprel 2018 hebs_583.jpg

Hacıqabul sakini narkotik vasitə ilə saxlanılıb.


Femida.az-ın məlumatına görə, Hacıqabul şəhəri H.Həmidov küçəsi 181 ünvanında yaşayan1968-ci il təvəllüdlü Yusifov Elşən Xanəli oğlu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı ondan narkotik vasitə olan 121 qram qurudulmuş marixuana və 14 qram tiryək götürülüb. Saxlanılan şəxs dəfələrlə məhkumluq həyatı yaşayıb, sonuncu dəfə ötən ilin oktyabrında həbsdən buraxılıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: Həbs   Narkotik  

Oxunub: 502