"Düşmənlə 5 gün yox, 1 gün müharibə aparmışıq" - Aprel qazisi


01:15     03 Aprel 2018 18_04_02_1522687550.jpg


"Ömrümüz döyüşlə keçib. Bu millət döyüşə-döyüşə döyüşkən millətə çevrilib".

Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bunu aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev “Aprel-2016:Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə aprel döyüşlərinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Aprel qazisi bildirib ki, biz düşmənlə 5 gün yox, 1 gün müharibə aparmışıq: "Biz ermənini öz torpağımızdan çıxarmışıq. Kişi kişi ilə döyüşər. Biz kişilərlə döyüşmürdük. Bu döyüşlər ermənilərə və havadarlarına bir daha göstərdi ki, Ermənistanla döyüş meydanında tək qalarıqsa, onları məhv edərik. Düzdür, şəhidsiz qələbə olmayacaq. Amma biz buna hazırıq".

Femida.az

Açar sözlər: #aprel_döyüşləri   #qazi   #Qarabağ  

Oxunub: 1441