Günün üçüncü intihar xəbəri - Bu dəfə Qaraçuxurda


15:11     03 Aprel 2018 18_04_03_1522739562.jpg


Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Femida.az-ın məlumatına görə, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi ev 7-də yaşayan 1986-cı il təvəllüdlü Xasmeddinov Ruslan Rəşidoviç özünü asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin araşdırmalar zamanı mərhumun ölümündən qabaq yazdığı vida məktubu aşkarlanıb. Məktubda mərhum “Mən arvadım İrinasız yaşaya bilmərəm, onu çox sevirəm” qeydini yazıb.

Məlum olub ki, İrina Xasmeddinova ilə Ruslan Xasmeddinov ayrılmaq ərəfəsində olublar. Belə ki, qadın boşanmaq üçün Suraxanı Rayon Məhkəməsinə müraciət edib. R.Xasmeddinov isə ailəsindən boşanmaq istəməyib./olke.az

Femida.az

Açar sözlər: #intihar   #kriminal   #Qaraçuxur  

Oxunub: 1163