Bakıdan Naxçıvana dəmir yolu xətti açılacaq
15:59 03 Aprel 2018
Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacaq Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq.
Femida.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib.
Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bununla bağlı İran İslam prezidenti Həsən Ruhaninin ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub.
C. Qurbanov Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacağını nəzərə çatdırıb.
Femida.az
Oxunub: 1375
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək