Azərbaycanda iki yeni medal təsis edilir


16:51     03 Aprel 2018 milli-meclis211.jpg

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.

Femida.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif olunacaqlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

***

Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı medal təsis olunacaq.

Bunu spiker Oqtay Əsədov bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda bununla bağlı Milli Məclisdə sənəd müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bu il Azərbaycan parlamentinin 100 yaşı tamam olur.

Femida.az

Açar sözlər: #medal   #gəmiçilik  

Oxunub: 662