"İmtahanlarda riyaziyyat üzrə müsbət dinamika yoxdur" - Məleykə Abbaszadə
20:58 03 Aprel 2018
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının bu gün keçirilən iclasında monitorinq imtahanları ilə bağlı müzakirə aparılıb.
Femida.az-ın APA-ya istinadən xəbərinə görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur.
O qeyd edib ki, ingilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilib: “Nəticələrin təhlili göstərir ki, qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə “siz necə düşünürsüz” tipli suallarda imtinaların sayı daha yüksəkdir (70 %)”.
DİM sədrinin sözlərinə görə, həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir ki, problemin həlli yolu müəyyən edilsin.
Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, Şura üzvü Ceyhun Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilib və nəticələr təhlil olunub.
Müzakirələr zamanı qeyd olunub ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.
Femida.az
Oxunub: 1007
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Ulduzların əhatəsində Samsung-un təqdimatı!
- Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
- Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib