Yağış, külək, qar - Bu günün havası
13:07 04 Aprel 2018
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 03-ü axşam, aprelin 04-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 05-06-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.
Femida.az
Oxunub: 896
Oxşar xəbərlər
- Yağış, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək
- Yağış, qar yağacaq, güclü külək əsəcək, temperatur 5-7 dərəcə enəcək
- Yağış, qar yağacaq - Nazirlikdən XƏBƏRDARLIQ
- Yağış, leysan, dolu - Bu günün havası
- Yağış, leysan, dolu... - Sabahın hava proqnozu
- Yağış, dolu... - Sabahın havası
- Yağış, qar yağacaq - Sabahın havası
- Yağış, sulu qar və qar... - Nazirlikdən hava xəbərdarlığı
- Yağış, leysan, güclü külək - Sabahın havası
- Yağış, leysan, DOLU OLACAQ - SABAHIN HAVASI