Bu gecə də ermənilər cəbhədə GƏRGİNLİK YARADIB
13:42 04 Aprel 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 961
Oxşar xəbərlər
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
- Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"
- Xələf Xələfov Rusiya sülməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Ermənistan Tovuzu atəşə tutdu
- Avropa Şurası Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı
- Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı atəşə tutub