4200-dən işçi mənzil uçotuna dayanıb


18:24     21 Sentyabr 2015 socar_logo_new_2009143.jpg

Ötən illərdə 1900-dən artıq neftçiyə pulsuz ev verilib


"SOCAR üzrə mənzil uçotunda hazırda 4 244 işçi dayanır ki, onların da 3802 nəfəri Bakı şəhərini əhatə edir".

Femida.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Azərbaycan" rəsmi KİV-lərdə dərc olunan məqaləsində bildirib.

R. Abdullayev bildirib ki, ötən illərdə 660 neftçiyə pulsuz ev verilib, daha 1 259 nəfər isə növbədə olan əməkdaşların qısa müddətdə yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaradılmış "Neftçi" Mənzil Tikinti Kooperativi vasitəsilə mənzil alıb: “Əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Ötən il bu sahədə böyük həcmdə iş görülüb. "Azəriqaz" və "Azərikimya" İstehsalat birliklərinin yerli istismar sahələri, sexləri üçün inzibati binalar tikilərək müasir avadanlıq və ofis mebelləri ilə təchiz olunub, köhnə binalarda əsaslı və cari təmir işləri aparılıb, yeməkxanalar yaradılıb. Artıq dənizdəki özüllərdə, mədənlərdə yaşayış bloklarında növbə ilə çalışan işçilərin istirahəti üçün hər cür şərait var”.

SOCAR prezidenti vurğulayıb ki, bioloji sutəmizləmə qurğularının sayı əhəmiyyətli dərəcədə artıb: "Çilov adasında anbarlar tikilməklə sakinlərin içməli suya tələbatı ödənilib. Əsasən neftçilərin yaşadığı adada sosialyönümlü tədbirlər bundan sonra da davam etdiriləcək".

Açar sözlər:

Oxunub: 933


Oxşar xəbərlər