Avtobus qəzaya uğradı: ÖLƏN VƏ YARALANANLAR VAR
14:15 04 Aprel 2018
Qazax rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Qazax rayon sakini, 1950-ci il təvəllüdlü Ziyalı Zahid oğlu Orucov hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.Nəticədə minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.
Qəza zamanı daha üç nəfər, “Mercedes” markalı avtobusun sərnişini, 59 yaşlı Allazova Aybəniz Mahmud qızı və daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.
Femida.az
Oxunub: 1050
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI
- BNA: "92 avtobusun hərəkət intervalında gecikmələr var"
- Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb
- Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb
- Bakıda 118 avtobus gecikmə ilə hərəkət edir
- Nepalda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, daha 19-u yaralanıb
- Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
- Bakıda 29 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir