İsa Qəmbər müalicə üçün Almaniyaya getdi


14:39     04 Aprel 2018 isa-09.jpg

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə üçün Almaniyaya gedib.


Femida.az xəbər verir ki, o, oğlu Turtuq Qəmbərlə birgə yola düşüb.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub.

Fevralın 23-də o, yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe" xəstəxanasına yerləşdirilib. O, "Hacettepe" xəstəxanasından martın 14-də buraxılıb və o, Bakıya qayıdıb.

Femida.az

Açar sözlər:

Oxunub: 824