Evakuator yedəyindəki traktorla birgə aşıb - Yaralı var


15:19     04 Aprel 2018 qeza_yeni.jpg

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Şamaxı-Muğanlı-İsmayıllı yolunda Bakının Nardaran qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nuriyev Akif Arif oğlunun idarə etdiyi 90-KP-813 dövlət nömrə nişanlı, “Mercedes” markalı evakuator yedəyindəki traktorla birgə Muğanlı aşırımındakı yolun döngəsində idarəetmənin itməsi səbəbindən aşıb. Hadisə nəticəsində evakuatotun sürücüsü Akif Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şamaxı rayon Təcili tibbi yardım stansiyasının həkimləri ona yardım göstəriblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Qəza   Traktor  

Oxunub: 528