"Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər" - Nazir


15:35     04 Aprel 2018 ebulfez-qarayev-liderxeber-640.jpg

"Biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üstündə olsun. Amma dünya təcrübəsində mədəniyyət sektoru dövlətə gəlir gətirir".


Femida.az-ın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir: "Mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi turizm axınının güclənməsinə təkan verəcək".

Nazir qeyd edib ki, muzeylər insanlara açıq olmalı, qoruq işi təkmilləşdirilməlidir: "Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə edilməlidir".

Femida.az

Açar sözlər:

Oxunub: 600