Daşkəsənə güclü qar yağıb


21:53     04 Aprel 2018 18_04_04_1522850129.jpg


Daşkəsənə gözlənilmədən güclü qar yağıb.

Femida.az xəbər verir ki, rayona qəfildən qar düşüb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.

Qarın kəndlərarası yollarda çətinlik yaratmaması üçün təmizləmə işləri aparılıb./apa

Femida.az

Açar sözlər: #qar   #hava   #Daşkəsən   #qış  

Oxunub: 959