Təcridxanaya narkotik keçirmək istədi


23:25     04 Aprel 2018 hebs%20(1)52.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Allahyarov Samir Rafiq oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhər sakini Abbasov Ramin Asıf oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Təcridxana   #narkotik  

Oxunub: 728