Şəxsiyyət vəsiqəsinə görə yeni rüsumlar təsdiqləndi
23:40 04 Aprel 2018
Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.
Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.
Femida.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əlyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncamda əksini tapıb.
Qanuna əsasən, 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat dövlət rüsumu ödəniləcək.
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Femida.az
Oxunub: 2623
Oxşar xəbərlər
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub
- Göygöldə çayda meyiti tapılan kişinin şəxsiyyəti məlum olub
- Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub
- Göygöldə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub
- Göygöldə intihar edən 83 yaşlı kişinin şəxsiyyəti məlum olub
- "ASAN xidmət" şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı xidmət saatlarını uzadıb
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə VACİB XƏBƏR - VİDEO
- İndiyədək 2889 şəhidin şəxsiyyəti müəyyən olunub
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməyin QAYDLARI