" Münaqişənin təməlində aqressiv separatizm dayanır " - General
23:56 04 Aprel 2018
"Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştiraka xüsusi önəm verir. Bu forumda qlobal və regional təhlükəsizliyin əsas problemlərinə nəzər yetirilir, real və yenidən yaranmış təhlükə və risklərin aradan qaldırılması istiqamətləri və yolları müəyyən edilir, təcrübə mübadiləsi aparılır və digər mühüm məsələlər müzakirə olunur".
Femida.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən müdafiə nazirinin müavini, general-leytnant Kərim Vəliyev bildirib.
"Coğrafi cəhətdən Azərbaycan bir tərəfdən beynəlxalq terrorçu təşkilatlarla silahlı mübarizə ocaqlarına bilavasitə yaxın yerləşir, digər tərəfdən isə 30 ildən çoxdur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub. Bu münaqişənin təməlində aqressiv separatizm dayanır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması və müxtəlif məsələlərlə bağlı həmkarlarımızla fikir mübadiləsi imkanının olması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik", - deyə o qeyd edib.
Femida.az
Oxunub: 816
Oxşar xəbərlər
- Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı qərar çıxarılıb
- General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub - RƏSMİ
- Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- "Ukraynada Rusiyanın 4 generalı və 21 polkovniki ölüb”
- Rusiyada istefada olan kəşfiyyatçı general intihar edib
- “Rusiyanın daha 2 generalı öldürülüb”
- Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb
- Ermənistan ordusunun generalına qarşı ittiham irəli sürülüb
- Ukrayna Rusiya qərargahlarını sıradan çıxarıb, 1 general, 300-dək hərbçi öldürülüb