“Qarabağ” klubu Türkiyədə mükafatlandırılıb


02:19     05 Aprel 2018 2018/04/35BA6873-E885-4FC9-8130-E51D75D28388_1522866086.jpeg

Bu gün Türkiyədə ənənəvi “Milliyyət idman mükafatları” sahibini tapıb.

Femida.az saytının məlumatına görə, “Milliyyət” qəzetinin binasında keçirilən qala-gecədə onlayn səsvermədən sonra ən yaxşıların adları açıqlanıb.

8 mükafatdan biri uğrunda Azərbaycan çempionu “Qarabağ” komandası da yarışıb. Ağdam təmsilçisi 2017-ci ildə Çempionlar Liqasının iştirakçısı kimi ilin ən yaxşı komandası nominasiyasında mükafata iddia edib. Birinciliyi isə “Fənərbaxça” klubunun basketbol komandası qazanıb.

Amma ağdamlılar Türkiyədən əliboş dönmür. Belə ki, Azərbaycan çempionuna jürinin xüsusi mükafatı təqdim olunub. “Qarabağ” prezidenti Tahir Gözələ hədiyyəni futbol üzrə Türkiyə millisinin baş məşqçisi, məşhur rumıniyalı mütəxəssis Mirça Luçesku təqdim edib. Tahir Gözəl isə qala-gecəyə toplaşan tamaşaçıları Nəsiminin “Sığmazam” qəzəlindən iki beytlə salamlayıb.

Qeyd edək ki, sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov təmsil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 783