Qurbanlıq qoyunları oğurlayan dəstə tutuldu


19:09     21 Sentyabr 2015 70390891.jpg

Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən oğurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub.


Rayonun Şəftəhal kənd sakini Nisə Məmmədovanın polis şöbəsinə etdiyi müraciəti əsasında əməliyyat-axtarış qrupu yaradılıb.

Oğurluqda sübhəli bilinən Bərdə rayon sakinləri 32 yaşlı Elman İsmayılov, onun qardaşı 33 yaşlı Taryel İsamyılov və qardaşalrın dostu 25 yaşlı Ramin Zeynalov şübhəli şəxs qisimində saxlanılıb.

Məlum olub ki, oğru dəstə gündüz vaxtı kəndləri gəzərək ərazini seçiblər. Əsasəndə Qurban bayramına saylı günlər qadığından bayramı fürsət bilərək xüsuilədə qurbanlığa yararlı qoyunları oğurlayıblar. Oğurluqla məşqul olan dəstə soncu dəfə oğurladıqları qurbanlıq qoçalrdan ikisini satıb və biri polis tərəfindən maddi sübut kimi götürülüb.

Zərdab rayon polis şəbəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri Zərdabla yanaşı Ucar rayonunda bu kimi cinayət əməllərini həyata keçiriblər.

Hazırda onların digər rayonlarda oğurluq edib etməməsi araşdırlır. Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi açılıb araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 996