Dəmir yolu kənarında yaşayanların nəzərinə!


18:35     10 May 2015 Dəmiryolu%20kənarında%20yaşayanların%20nəzərinə%20femida.jpg

“Mümkün olan yerlərdən dəmiryolu köçürüləcək, bəzi yerlərdə evlərlə dəmiryolunun arası daş hasarla kəsiləcək, bəzi yerlərdə isə dəmiryolu ilə evlər arasında səsboğucu vasitələr quraşdırılacaq”


Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

“Hansı yerdə ki, evlərin köçürülməsi vacibdir, evlərin qiyməti hesablanıb, dövlətə təqdim olunacaq. Dövlət də imkan daxilində həmin vətəndaşların pullarını ödəyəcək və evlər yavaş-yavaş köçürüləcək”, - sədr əlavə edib.

Açar sözlər:

Oxunub: 891