Goranboyda silah-sursat aşkarlandı


21:01     05 Aprel 2018 silah%20sursat.jpg

Xocalı polisi Goranboy rayonu ərazisində silah-sursat aşkar edib.



Femida.az-ın məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində daşla üstü örtülməklə torpağa basdırılmış şəkildə müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.

Tapılan silah-sursat arasında RQD-5, F-1 əl qumbaraları və alışdırıcıları, müxtəlif çaplı patronlar, avtomat darağı, kustar üsulla hazırlanan tapança var.

Silah-sursatın ötən əsrin 90-ci illərinin əvvəlində I Qarabağ müharibəsi zamanından qaldığı ehtimal olunur. Sözügedən ərazidə döyüş getdiyindən çox güman ki, tapılan silah-sursatın o illərə aid olduğu istisna edilmir.


Faktla bağlı Xocalı rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər: #Silah   #DİN   #Polis   #əməliyyat-axtarış  

Oxunub: 992