Universitet müəllimi 4 həmkarını güllələdi - Türkiyədə


23:23     05 Aprel 2018 silahlı.jpg


Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib.


“Volkan Bayer adlı elmi işçimiz dekanın otağına girib, Cemil Yücel təsadüfən orada olmayıb”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Osmanqazi Universitetinin rektoru, professor, doktor Hasan Gönen Pedaqoji fakültəyə silahlı hücümla bağlı açıqlamasında bildirib.

“Fatih bəy orada imiş, onu vurub. Daha sonra dekan müavini və yuxarı mərtəbədəki iki elmi işçimizə atəş açaraq öldürüb. O, əlində tapança binanı tərk edərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən müşayiət edilib. Sonra polis tərəfindən saxlanılıb”, - rektor vurğulayıb.

Dekan Cemil Yücel isə Volkan Bayerin əsas hədəfinin özünün olduğunu bildirib: "Ancaq məni kabinetdə tapmayınca digərlərini güllələyib".

Qeyd edək ki, silahlı hücum nəticəsində fakültənin katibi Fatih Özumutlu və 3 doktorant öldürülüb, 3 nəfər isə yaralanıb.

Açar sözlər: #Türkiyə   #universitet   #müəllim   #dünya  

Oxunub: 841