Rusiya səfirinin qətli ilə bağlı YENİ FAKT


00:39     06 Aprel 2018 18_04_05_1522944591.jpg

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı qatilin silahdaşı olduğu müəyyən edilən şəxs saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Karlovun qatili Mevlut Mert Altıntaşın FETÖ içində "böyük qardaş" hesab edilən Ş.S. həbs edilib.

Təşkilatın şifrəli kommunikasiya proqramı olan "ByLock"dan istifadə etdiyi müəyyənləşdirilən şübhəlinin sorğusunun davam etdiyi bildirilir.

Prokurorluq təşkilatda xüsusi yer alan və "Ahmet" kodundan istifadə edən Ş.S-nin Altıntaşın e-maillərini silən adam olduğunu hesab edir.

İnformasiya Texnologiyaları və Əlaqələr İdarəsindəki işindən çıxarılan şübhəlinin Altıntaşın radikallaşmasında təsiri olduğu, təşkilatın təlimatlarını Altıntaşa çatdırdığı və onun fəaliyyətini tənzimlədiyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Ankaradakı səfiri Karlov ötən il dekabrın 19-da Ankarada iştirak etdiyi bir sərgidə öldürülmüşdü. Səfirin qatili Mevlut Mert Altıntaş da polis tərəfindən öldürülmüşdü.

Cinayətlə bağlı sərginin təşkilatçısı Mustafa Timur Özkan, "Guru Medya Yayın
Qrupu"nun rəhbəri Xeyrəddin Aydınbaş və 3-ü polis olmaqla 7 nəfər həbs edilib.

Femida.az

Açar sözlər: #Rusiya   #Türkiyə   #səfir   #dünya   #siyasət  

Oxunub: 2599