50 yaşlı kişi özünü öldürmək üçün elektrik dirəyinə çıxdı - Ağdamda


00:52     06 Aprel 2018 18_04_05_1522945824.jpg


Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.

Femida.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Ağdam   #imtihar   #elektrik  

Oxunub: 1110