İstanbulda xəstəxanada yandı - VİDEO


01:53     06 Aprel 2018 18_04_05_1522946062.jpg


İstanbulun Qaziosmanpaşa səmtində Taksim Elmi Tədqiqat Xəstəxanasında güclü yanğın baş verib.

Yanğın 14 mərtəbəli binanın üst mərtəbələrində başlayıb və qısa zamanda bütün binanı bürüyüb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, xilasedici və təcili yardım briqadaları cəlb edilib. Binadakı bütün xəstələr və işçilər qısa zamanda təxliyyə ediliblər. Ölən və ya xəsarət alanın olmadığı bildirilir.

Yanan binanın inşaatının davam etdiyi və tam istifadədəyə verilmədiyi üçün içəridə də çox adam olmadığı deyilir. Sadəcə reanimasiya şöbələrinin işlək vəziyyətdə olduğu açıqlanıb.

Hadisə barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb.

Uzun cəhdlərdən sonra yanğın söndürülüb.

Qeyd edək ki, həmin bina 2011-ci ildə də inşa zamanı yanmışdı./qafqazinfo.az



Femida.az

Açar sözlər: #İstanbul   #xəstəxana   #yanğın  

Oxunub: 914