Hüquqşünaslara şad xəbər – Sənəd qəbulunda dəyişiklik edilir

10:37     06 Aprel 2018 2018/04/anar-bagirov-femida,az_1522996738.jpg

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamından sonra görülən işlər davam etdirilir.



İxtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsini təmin etmək məqsədi ilə Kollegiyaya sənəd qəbulu müddətsiz olacaq. Bu barədə Femida.az-a özəl olaraq açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

“Bildiyiniz kimi bu vaxta qədər Kollegiyaya sənəd qəbulu müəyyən müddətdə başlayıb və təyin olunmuş vaxtda sona çatırdı. Biz görülən işlərin davamı olaraq bu qaydalarda ilk dəfə inqilabi yenilik etmişik. Aprel ayının 16-dan etibarən Kollegiyaya üzv olmaq istəyən hüquqşünasların sənəd qəbulu başlayacaq və bu müddətsiz olaraq həyata keçiriləcək.Bu isə daha çox hüquqşünasın Vəkillər Kollegiyasına qəbul olunmasını təmin etmək məqsədi daşıyır”, deyə sədr bildirib.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Vəkil   #İmtahan   #Hakim   #Məhkəmə   #Hüquqşünas   #Anar_Bağırov  

Oxunub: 16545