Hansı hallarda insan məcburi əməyə cəlb edilə bilər?


15:21     06 Aprel 2018 milli%20meclis3.jpg

Azərbaycanda şəxsin məcburi əməyə cəlb edilməsi halları müəyyənləşir.


Femida.az xəbər verir ki, bu, yenidən hazırlanmış "Məşğulluq haqqında" qanun layihəsinin 9.2 maddəsində əks olunub.

Maddəyə görə, aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

- hərbi xidmət zamanı;

- hərbi və fövqəladə hallar zamanı

Qanun layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılır.

Femida.az

Açar sözlər: #Əmək   #Manat   #Məcburi  

Oxunub: 3583