Fazil Məmmədovun səhhəti pisləşib? - Ailəsindən açıqlama


15:31     06 Aprel 2018 18_04_06_1522999875.jpg


Dünən Azərbaycan KİV-də sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə informasiya yayılmışdı.

Bildirilirdi ki, aprelin 4-də axşam saatlarında sabiq nazirin qəfildən ürəyi tutub.

F.Məmmədovun ailəsi yerli KİV-ə açıqlamasında xəbəri təkzib edərək qeyd edib ki, yayılan informasiya həqiqəti əks etdirmir. F.Məmmədovun səhhətində problem olmadığı bildirilib.

Faktor.az saytı isə iddia edib ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunur.

Sayt xəstəxana ilə əlaqə saxlayıb. Tibb müəssisəsindən bildirilib ki, sabiq nazir heç bir əməliyyat keçirməyib və hazırda xəstəxanada müalicə alır.

İddialara görə Gəncə Beynəlxalq Xəstəxanası Fazil Məmmədova aiddir.

Açar sözlər: #Fazil_Məmmədov   #nazir   #vergilər  

Oxunub: 1985