Mağazadan telefonları götürüb qaçdı


16:43     06 Aprel 2018 2018/04/01-(9)_1523004654.jpg

Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən elektron avadanlıqlar satılan mağazalardan birindən soyğunçuluq edilib.


Femida.az xəbər verir ki, mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan hər birinin qiyməti 1800 və 1600 manat olan 2 ədəd “Samsung” markalı mobil telefon götürərək oradan qaçıb.

Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi həmin şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Yusif Sadıqov saxlanılıb. İlkin ifadəsində saxlanılan şəxs törətdiyi əməli etiraf edib və ələ keçirdiyi mobil telefonları satdığını bildirib. Həmçinin, Y.Sadıqov həmin mağazanın paytaxtın Nizami rayonunda yerləşən filialından da iki ədəd eyni markalı mobil telefon oğurladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: #Mağaza   #telefon  

Oxunub: 938