Bu şəxslərə dövlət xüsusi dəstək göstərəcək
19:10 06 Aprel 2018
Azərbaycanda özünüməşğulluğa (əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi) dövlət dəstəyi təşkil olunur və bunun şərtləri müəyyənləşib.
Femida.az xəbər verir ki, bu, yenidən hazırlanmış "Məşğulluq haqqında" qanun layihəsinin 24-cü (Özünüməşğulluğa kömək göstərilməsi) maddəsində əks olunub.
Maddəyə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi nəzərdə tutulur. Kənd təsərrüfatın yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də müvafiq icra hakimiyyətin orqanı tərəfindən 1 (bir) il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilirlər. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük veriləcək. Maddədə qeyd olunur ki. işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi artıq Milli Məclisə daxil olub
Femida.az
Oxunub: 1903
Oxşar xəbərlər
- Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilə bilər
- Bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq
- Özünüməşğulluq proqramına cəlb olunanların sayı artacaq
- Özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq
- Onlar da özünüməşğulluq proqramına cəlb olunublar
- Müharibədə yaralanmış Elçin Sultanov özünüməşğulluq proqramına cəlb edilib
- Şəhid və yaralanmış hərbçilərin 500-dən çox ailə üzvü özünüməşğulluq və ictimai işlərə cəlb edilib
- Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
- Özünüməşğulluq proqramına qoşulmaq daha da sadələşdirildi
- Özünüməşğulluq proqramına dəstək verən bankların sırası genişlənir