Əməkdar artistlər arasındakı məhkəmə bitdi - QƏRAR


21:54     06 Aprel 2018 18_04_06_1523022274.jpg


Əməkdar artistlər Röya Ayxan və Aygün Bəylər arasında olan məhkəmə çəkişməsi başa çatıb.

Femida.az xəbər verir ki, Röyanın vəkili Vamiq Şükürov əvvəlcə prosesin bitməsi barədə məlumat vermək istəməyib, məhkəmə qərarının yekunlaşmadığını bildirib:

Hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Röya Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi.

Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşıyıb.

Femida.az

Açar sözlər: #Röya   #Aygün   #məhkəmə   #qərar   #hakim   #qanun  

Oxunub: 1937