Zərif azərbaycanlı tələbələrə müzahirə oxuyub


14:03     07 Aprel 2018 2018/04/Iran-XIN-1523079435_1523081092.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Dövlət Universitetində olublar.

Femida.az
-ın məlumatına görə, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov İran İslam Respublikasının xarici işlər nazirinə Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə keçdiyi böyük inkişaf yolu barədə məlumat verib.

Rektor bildirib ki, hazırda universitetdə 5317 bakalavr, 238 magistr, 188 doktorant təhsil alır. O qeyd edib ki, universitetdə 9 xarici ölkədən 300-ə yaxın tələbə var.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif universitetin tələbələri üçün İran-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub. Nazir müasir dövrdə ölkələr arasındakı əlaqələrin vəziyyətinə nəzər salıb, İran-Azərbaycan münasibətlərinin nümunə gücündə olduğunu bildirib, sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Femida.az

Açar sözlər: #İran   #Azərbaycan   #Nazir  

Oxunub: 986