Seçkilərlə bağlı SON GÜN


14:40     07 Aprel 2018 publika.az1442908166secki-vote-election.jpeg

Seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi üçün müəyyən olunan müddət sabah başa çatır.


Femida.az-ın məlumatına görə, bu barədə aprelin 11-ə təyin edilən Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub.

Qanunvericiliyə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə 24-3 gün qalanadək seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsini verə bilər.

Bu müddət isə 2018-ci il martın 18-dən aprelin 8-dək müəyyən olunub.

Femida.az

Açar sözlər: #Seçki   #Qanunvericilik  

Oxunub: 1252