“Seçki ərəfəsində düşmənin törədə biləcəyi təxribatların qarşısı alınacaq” - Zakir Həsənov


17:25     07 Aprel 2018 zakir6.jpg

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Z.Həsənov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.

Ali Baş Komandanın orduya yüksək qiymət verdiyini, daima diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb.

Açar sözlər: #Zakir_Həsənov   #nazir   #müdafiə   #seçki   #düşmən  

Oxunub: 1569