İrəvana uçan təyyarədə sərnişin öldü


20:24     07 Aprel 2018 teyyareturkiye.jpg

Sankt-Peterburq-Yerevan aviareysində ölüm hadisəsi olub.


Femida.az-ın Trendə istinadən məlumatına görə, Sankt-Peterburqdan Yerevana uçan təyyarə Ermənistan paytaxtına eniş edən zaman sərnişinlərdən biri göyərtədə keçinib.

39 yaşlı Ermənistan vətəndaşı Artak Vanesyanın infarktdan öldüyü ehtimal edilir.

Bildirilir ki, Vanesyana ekipaj üzvləri və həmin reyslə uçan həkim ilkin yardım göstərsələr də, nəticəsiz olub.

Femida.az

Açar sözlər: #təyyarə   #irəvan  

Oxunub: 686