Naftalanda ağır qəza, 4 nəfər xəsarət alıb


23:18     07 Aprel 2018 qeza_yeni.jpg

Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın verdiyi məlumata görə, VAZ-2106 ilə Lada 21012 markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib. Bir nəfərin vəziyyəti ağır, digərlərinin isə kafi qiymətləndirilir.

Femida.az

Açar sözlər: Qəza   Naftalan  

Oxunub: 954