"Münaqişənin həlli üçün səyləri üçqat artırmaq lazımdır" - Elmar Məmmədyarov


03:32     08 Aprel 2018 elmar_memmedyarov_04.jpg

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır"

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "TRT World" telekanalına müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət qeyri-qənaətbəxşdir. Xarici işlər naziri əlavə edib ki, Ermənistan atəşkəs rejimini tez-tez pozur:

"Biz buna sporadik atəşə tutma deyirik. Bu sporadik atəşə tutmalar daha ciddi toqquşmalara gətirib çıxara bilər. Qoşunların təmas xəttində səngərlər bir-birinə çox yaxındır. Bəzən səngərlər arasında məsafə 100 metrdən az təşkil edir. Əlbəttə, bu, böyük təhlükə yaradır. Mən düşünmürəm ki, diplomatiyanın imkanları tükənib. Lakin biz səylərimizi ikiqat və ya üçqat artırmalıyıq".

Nazir qeyd edib ki, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır: "Biz [tərəflər] Ermənistan və Azərbaycanda seçki proseslərinin başa çatmasından sonra danışıqları ciddi fəallaşdırmaq barədə razılığa gəlmişik. Sonunda biz nəticəyə nail olacağıq. Biz gözləyirik ki, ədalətli qərar qəbul ediləcək. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir". (Trend)

Femida.az

Açar sözlər: Qarabağ   Münaqişə   XİN  

Oxunub: 949