Ət üstündə yaşlı qadını döydülər - Ziyarətgahda


19:05     08 Aprel 2018 18_04_08_1523185799.jpg

Bu gün Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Mövsüm Ağa ziyarətgahında xoşagəlməz olay baş verib.


Femida.az unikal.org-a istinadən xəbər verir ki, ziyarətgahda mühafizəçi işləyən şəxslər yaşlı qadına zor tətbiq ediblər.

Belə ki, ziyarətgahda bir nəfər qurban kəsib ət paylayırmış. Sözügedən qurban ətindən götürmək istəyən yaşlı qadın mühafizəçilərin hücumuna məruz qalıb.

Nəticədə qadın boyun və qol nahiyəsindən zədə alıb. Ətrafdakı insanların iradından sonra mühafizəçilər qadından kənar durub və ona müəyyən yardım olunub. Ziyarətgaha gələn bəzi şəxslər yaşlı qadına pul verib və onu evinə yola salıblar.

Məsələ ilə bağlı əməkdaşımız araşdırma aparıb. Məlum olub ki, hadisə nəticəsində xəsarət alan qadın Bakı şəhər sakini 80 yaşlı Sona Gözəlovadır. Yaşlı qadının bildirdiyinə görə, evində əlil övladı var və imkansızlıq səbəbindən ziyarətgaha yardım üçün gəlib: "İmkanım yoxdur və bu səbəbdən ziyarətgaha gəldim. Qurban ətindən götürüb, övladıma aparmaq istədim. Nəticədə də mühafizəçilərin hücumuna məruz qaldım. Boyun və əlim əzilib. Bununla mənə heçnə olmaz”.

Qeyd edək ki, Mir Mövsüm Ağa ziyarətgahı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən mühafizə olunur.

Femida.az

Açar sözlər: #qadın   #ziyarətgah  

Oxunub: 2081