Türkiyədən PKK-ya ağır zərbə


00:45     22 Sentyabr 2015 turk%20hava%20q.jpg

Türkiyənin Hakkari əyalətinin Dağlıca kəndində terrorçulara qarşı keçirilən hava əməliyyatı nəticəsində 5 terrorçu zərərsizləşdirilib və onların xeyli silah-sursatı məhv edilib.


Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Hərbi Hava Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ölkənin Bitlis şəhərində bir yük maşınını ələ keçirməyə çalışan terrorçu PKK-nın silahlısı zərərsizləşdirilib.

Xəbərdə bildirilib ki, ölkənin Şirnak əyalətində iki terrorçu tutulub.

Açar sözlər:

Oxunub: 888